Tramp-Putin görüşünün gündəliyi bəlli oldu

Tramp-Putin görüşünün gündəliyi bəlli oldu

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı iqtisadi əlaqələr də daxil olmaqla Ukrayna və Suriyadakı vəziyyəti müzakirə edəcək. SİA-nın verdiyi məlumata görə, bu barədə ABŞ-ın vitse-prezidenti Maykl Pens “Bloomberg” agentliyinə müsahibəsində bildirib.

“Görüş zamanı Rusiyanın Böyük Yeddilik (G7) ölkələri qrupa qayıtması müzakirə olunacaqmı” sualına M. Pens “Fikrimcə, çox şey müzakirə ediləcək. O, (Tramp-кув) əvvəllər də prezident Putinlə artıq bunu müzakirə edib. Ümidvarıq ki, bu məsələ yenidən müzakirə ediləcək”, - deyə cavab verib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşəcəyini bəyan edib. Tramp görüşün Helsinkidə NATO-nun 11-12 iyul sammitindən sonra keçirilə biləcəyini söyləyib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə