Maykl Ceksonun atası 89 yaşında vəfat edib

Maykl Ceksonun atası 89 yaşında vəfat edib

Pop musiqisinin kralı olan Maykl Ceksonun atası Co Cekson 89 yaşında Los-Ancelesdə vəfat edib. Bu barədə TMZ məlumat yayıb. Prodüser bu ay xərçəng xəstəliyinin son mərhələsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Nəşrin yazdığına görə, onun səhhətində problem bir neçə il əvvəl başlayıb. 2015-ci ildə o, üç dəfə infark keçirib, 2016-cı ildə isə bir müddət xəstəxanada yatıb. Co Cekson "The Jackson Five" qrupunun və sonradan solo karyeraya başlayan Maykl və Canet Ceksonun musiqi meneceri olub.

Bütün xəbərlər Facebook səhifəmizdə