İyunun 22-də güllənərək qətlə yetirilən Ermənistan ordusunun baş çavuşu, komandir müavini Avanes Melkonyanın qatilinin kimliyi məlum olub. Teleqraf.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, 45 yaşlı Melkonyan bölük komandiri tərəfindən öldürülüb.
Hadisə ayın 22-də axşam saatlarında xidməti yerdə baş verib. Cinayətin görüntüləri yaxınlıqda dayanmış yük maşınının sürücüsü tərəfindən qeydə alınıb. Avanes Melkonyanı mədəsindən vuraraq öldürən bölük komandiri həbs edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB