ABŞ-Cənubi Koreya hərbi təlimləri dayandırılıb

ABŞ-Cənubi Koreya hərbi təlimləri dayandırılıb

ABŞ Cənubi Koreya ilə birgə keçirdiyi hərbi təlimləri qeyri-müəyyən müddətə dayandırıb. RİA Novosti agentliyi xəbər verir ki, bu barədə Pentaqonun məlumatında bildirilir.

Məlumata əsasən, söhbət “Freedom Guardian” təlimi və hərbi-dəniz mübadiləsi proqramından gedir. Bundan əvvəl Cənubi Koreya və ABŞ avqustda keçirilməsi nəzərdə tutulan "Ulchi Freedom Guardian" hərbi təlimləri üzrə bütün tədbirlərin təxirə salınması barədə bildirilmişdi.

Qeyd edək ki, Sinqapur sammitindən sonra ABŞ prezidenti Donald Tramp Cənubi Koreya ilə müştərək hərbi təlimləri dayandırmaq barədə vəd verib.

Bütün xəbərlər Facebook səhifəmizdə