Amerika Birləşmiş Ştatlarının Konnektikut ştatında ölkənin eks-prezidenti Barak Obamanın şərəfinə ibtidai məktəb tikiləcək. Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, 2019-cu ilin payızına qədər istifadəyə verilməsi planlaşdırılan məktəbin tikintisinə 45 milyon dollar xərclənəcək. Məktəbdə 4-cü sinifə qədər 500 şagirdin təhsil alması nəzərdə tutulur.
İbtidai məktəbə Obamanın adının verilməsinə səbəb onun prezidentliyi dövründə təhsilin inkişafı üçün göstərdiyi xidmətlər qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB