Türkiyədə, Şanlıurfanın Suruç mahalında AKP-çilərə hücum zamanı 3 partiya üzvü öldürülüb, 8-i isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Axar.az xəbər verir ki, seçki təşviqatı zamanı AKP-çi deputat İbrahim Xəlil Yıldız ilə satıcı arasında mübahisə yaşanıb.
Bir neçə dəqiqədən sonra adi mübahisə bıçaq, dəyənək və digər küt alətlərin istifadə edildiyi davaya çevrilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB