Moskva NATO-nun raketdən müdafiə sisteminin ona qarşı olmadığına əmin olmaq istəyir. SİA-nın bu ölkənin "Kommersant" qəzetinə istinadən verdiyi məlumata görə, Rusiya noyabrın 19-20-də baş tutan NATO-nun zirvə toplantısında "iki bölgəli müdafiə sistemi" təklif edib. Şərqdən gələ biləcək təhlükələrə qarşı NATO ölkələrini qorumağı təklif edən Rusiya, qərbdən gələ biləcək təhlükələrə qarşı isə özünün digər NATO ölkələri tərəfindən qorunmasını təklif edib.
2011-ci ilin mart və iyun aylarında raketdən müdafiə sistemi ilə bağlı bir araya gələcək NATO-nun müdafiə nazirləri toplantısında müzakirə olunacaq bu təklif qəbul edildiyi halda, Rusiyanın NATO üzvü olması üçün də qapıların açılacağı bildirilir. Təklifi "sensasiya" olaraq şərh edən "Kommersant" daha sonra yazıb: "Medvedev Avropa üzərindəki müdafiə sisteminin iki hissəyə bölünməsini təklif edib. Şərq istiqamətindəki hissə tamamilə Rusiyadakı hava hücumundan müdafiə sisteminə əmanət edilir. Rusiya öz hərbi müdafiə sahəsindən üçüncü bir ölkəyə raket hücumunu müəyyən etdiyi halda bu raketin məhv edilməsi üçün NATO-ya zəmanət verəcək. Qərb və cənub hissəni özündə birləşdirən raketdən müdafiə sistemi isə NATO və müttəfiq ölkələrin birgə nəzarətinə verilir. Bu sistem Rusiyanı da müdafiə edəcək".
Qəzetin yazdığına görə, prezident Dmitri Medvedev və Rusiya hərbi rəhbərliyi bu təklifin NATO tərəfindən qəbul ediləcəyi halda müdafiə sisteminin Rusiyaya qarşı qurulmadığından əmin olacaq. Təklifdən sonra NATO-nun ilk reaksiyanın müsbət olduğu deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB