Almaniyada yük avtomobili 5 nəfəri yaralayıb

Almaniyada yük avtomobili 5 nəfəri yaralayıb

Almaniyanın Altena şəhərində yük avtomobili idarə edən sürücü məscid çıxışında vətəndaşları vurub. Axar.az xəbər verir ki, sürücü səki ilə hərəkət edən insanların üzərinə çıxıb. Hadisə zamanı 5 türk ağır yaralanıb. Yaralılar helikopterlə xəstəxanaya çatdırılıb. Yaralanan arasında Almaniyada fəaliyyət göstərən Türk-İslam Din Məsələləri Birliyinin din adamlarının da olduğu qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə