ABŞ-ın dövlət katibi Hillari Klinton 2012-ci ildəki prezident seçkiləri də daxil olmaqla bundan sonrakı seçkilərdə iştirak etməyəcəyini söyləyib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Demokrat Partiyanın namizədi ola bilmək üçün iştirak etdiyi prezident seçkilərində hazırki dövlət başçısı Barak Obamaya məğlub olan H.Klinton Fox televiziyasında iştirak etdiyi proqramda hazırki vəzifəsindən razı olduğunu bildirib.
2012-ci ildə baş tutacaq seçkilərdə yenidən namizəd olmayacağını, eyni zamanda digər seçkilərdə də hər hansı bir vəzifə üçün namizədliyini irəli sürmək niyyətinin olmadığını bildirən Klinton: "İndiki işimi sevirəm və çox xoşbəxtəm. ABŞ-ın təhlükəsizliyi, mənfəətləri və dəyərləri üçün əlimdən gələni etməyə hazıram", - deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB