"Boeing" İrana təyyarə satışından imtina edib

"Boeing" İrana təyyarə satışından imtina edib

"Boeing" korporasiyası sanksiyalar səbəbindən İrana təyyarə satışından imtina edib. "Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə "Agence France-Presse"ə (AFP) açıqlamasında "Boeing"in rəsmi nümayəndəsi bildirib. "Hələ ki, biz İrana təyyarə göndərməmişik. Artıq İranla ticarətə dair lisenziyanın olmaması səbəbindən biz təyyarələri göndərməyəcəyik", - rəsmi nümayəndə deyib.

Xatırladaq ki, ABŞ-ın İrana qarşı sanksiyaların ləğvindən sonra "Boeing" "Iran Air" və "Iran Aseman Airlines" aviaşirkətləri ilə dəyəri 20 mlrd dollaradək olan sazişlər imzalamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə