Kürdlər: "Menbiçi tərk etməyəcəyik"

Kürdlər: "Menbiçi tərk etməyəcəyik"

"Suriyanın Menbiç şəhərinin hərbi məclisi bölgədən geri çəkilməyəcək." Axar.az xəbər verir ki, bunu Demokratik Suriya Qüvvələrinə bağlı Menbiç Hərbi Məclisinin komandanı Xəlil Bozi deyib. Bozi YPG-yə bağlı hərbi müşavirlərin Menbiçi tərk edəcəyini, ancaq DSQ-nın şəhərdə olmadığını iddia edib.

Şəhərdə baş verən hadisələrlə bağlı Menbiç Hərbi Məclisinin yaxın vaxtda bəyanat verəcəyini bildirən Bozi ctimaiyyətə gedişatla bağlı məlumat verəcəklərini söyləyib. Qeyd edək ki, ABŞ və Türkiyə arasındakı razılığa əsasən, PKK-ya bağlı bütün təşkilatlar Menbiçi tərk etməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə