"Türkiyə ordusu Qəndil istiqamətində irəliləyir"

"Türkiyə ordusu Qəndil istiqamətində irəliləyir"

İndi ordumuz Qəndil istiqamətində irəliləyir. CHP üzvləri “Seçkiyə 16 gün qalmış Qəndildə niyə əməliyyat təşkil edirsiniz?” deyirlər. Onların xəbərləri belə yoxdur ki, Qəndil istiqamətində əməliyyatlar martda başlayıb. Axar.az xəbər verir ki, bu sözləri AKP sözçüsü Mahir Ünal deyib.

“Biz “Fərat qalxanı” və “Zeytun budağı”nı həll etdikdən dərhal sonra İraqa geri döndük. Çünki terroru mənbəyində məhv etmək lazımdır. İndi Afrinə getmək istəsən, ana müxalifət “Afrinə girmə” deyəcək. Qəndilə istiqamətlənsən, “bu bir seçki təbliğatıdır” deyəcək. Yeri gələndə FETÖ ilə, yeri gələndə PKK ilə, yeri gələndə kim olduğu bəlli olmayan bir amerikalı ilə eyni tərzdə düşünən insanlara ölkəmizi necə təslim edək?”, - Ünal bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə