NATO: "ABŞ-Türkiyə razılaşmasını alqışlayırıq"

NATO: "ABŞ-Türkiyə razılaşmasını alqışlayırıq"

Türkiyə və ABŞ-ın Menbiçlə bağlı strateji yol xəritəsində anlaşmasını məmnunluqla qarşılayırıq. Axar.az xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq deyib. Stoltenberq terrorla mübarizənin davam etdirildiyi bir vaxtda Türkiyənin təhlükəsizlik qayğılarının da nəzərə alınmalı olduğunu qeyd edib.

Xatırladaq ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Menbiçlə bağlı atılacaq addımların ilk mərhələsinin 10 gün ərzində həyata keçiriləcəyini açıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə