NATO Türkiyə ilə ABŞ-ın razılaşmasını müsbət qarşılayıb

NATO Türkiyə ilə ABŞ-ın razılaşmasını müsbət qarşılayıb

NATO Türkiyə ilə ABŞ arasında Suriyanın Mənbic bölgəsi ilə bağlı razılaşmanın əldə olunmasını müsbət qarşılayır. SİA-nın verdiyi məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq açıqlayıb.

O bildirib ki, bu razılaşma Vaşinqton üçün də çox vacibdir: “Türkiyə NATO-nun vacib tərəfdaşıdır və terrorçuluğa qarşı fəal mübarizə aparan ölkədir”.

Qeyd edək ki, ötən gün ABŞ və Türkiyə Mənbiclə bağlı “yol xəritəsi”ni razılaşdırıblar.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə