Gürcüstan Suriya ilə əlaqələri kəsib

Gürcüstan Suriya ilə əlaqələri kəsib

Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) iki ölkə arasında diplomatik münasibətlərin dayandırılmasına dair nota göndərib. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan XİN məlumat yayıb.

Bəyanatında bildirilir ki, rəsmi nota ərəb ölkəsinin BMT və Misirdəki diplomatik nümayəndəliyinə göndərilib.
Gürcüstanın BMT yanındakı daimi nümayəndəsi də təşkilatın baş katibini iki ölkə arasında diplomatik əlaqələrin dayandırıldığı barədə məlumatlandırıb.

"Suriya rejimi 29 may 2018-ci il tarixində qanunsuz qərar qəbul edib və Rusiya Federasiyasının təzyiqi altında beynəlxalq hüququn fundamental norma və prinsiplərinə məhəl qoymayaraq qondarma Suxumi və Sxinvali rejimləri ilə diplomatik münasibətlər qurub", sənəddə bildirilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə