Vulkan nəticəsində 200 nəfər itkin düşüb

Vulkan nəticəsində 200 nəfər itkin düşüb

Qvatemalada Fueqo vulkanının püskerməsi nəticəsində itkin düşənlərin sayı təxminən 200 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Fəlakətlərə qarşı mübarizə üzrə milli xidmət rəhbəri Sergio Kabanas açıqlayıb.

"Hadisə nəticəsində 192 nəfər itkin düşüb. Onların adları, yaşı və hansı kəndlərdən olduğunu bilirik",- deyə xidmət rəhbərinin bəyanatında bildirilir.

Qvatemalanın Milli Ədliyyə Elmləri İnstitutunun məlumatına görə, ölənlərdən 75 nəfərin cəsədi tapılıb, onlardan yalnız 23 nəfərinin kimliyi müəyyənləşib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə