İordaniyanın Baş naziri istefa verib

İordaniyanın Baş naziri istefa verib

İordaniya hökumətinin başçısı Hani əl-Mülki kral II Abdullah ilə görüşünün gedişində vəzifəsindən istefa verib. Interfax informasiya agentliyi xəbər verir ki, baş nazirin istefası qiymət artımı və gəlir vergisi islahatlarının əleyhinə yönələn etiraz aksiyaları fonunda baş tutub. Etirazçılar hesab edirlər ki, vergi islahatları kasıb və orta əhalinin yaşayışına mənfi təsir göstərəcək.

“Əl-Cəzirə” telekanala açıqlama verən mənbənin mülahizələrinə görə, Baş nazirin istefası barədə qərar etiraz dalğasının yumşaldılması məqsədilə qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə