Kabildə partlayış baş verib ölən və yaralananlar var

Kabildə partlayış baş verib ölən və yaralananlar var

Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verib. SİA-nın verdiyi xəbərə görə, partlayış nəticəsində bir nəfər həlak olub, daha 3 nəfər yaralanıb. Ölən şəxsin arxeoloq olduğu bildirilir.

Məlumata əsasən, arxeoloqlar qazıntı işləri üçün Loqar əyalətinə gedirmiş. Partlayış yol kənarındakı minanın işə düşməsi nəticəsində baş verib.

Hadisə ilə əlaqədar məsuliyyəti üzərinə götürən olmayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə