Prezident etirazçılarla görüşdü

Prezident etirazçılarla görüşdü

Gürcüstan prezidenti Georgi Marqvelaşvili 2017-ci ilin dekabrında Tbilisidə küçə davası zamanı öldürülən yeniyetmə Zaza Saralidzenin atası ilə görüşüb. SİA Gürcüstan KİV-nə istinadən xəbər verir ki, parlamentin qarşısında çadır quran ata övladının qatillərinin cəzalandırılmasını tələb edir.

Etirazçılar baş nazir Georgi Kvirikaşvilinin istefasını tələb edirdilər. Lakin o istefa verməyəcəyini açıqlamışdı. Cinayət işinin araşdırılması fonunda Baş prokuror istefa vermişdi.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə