Mer və müavini həbs olunub

Ermənistanda siyasi iğtişaşların hazırlanmasında şübhəli bilinən bir neçə vəzifəli şəxs həbs edilib. Ermənistan KİV-ləri xəbər verir ki, həbs olunanlar arasında Masis şəhərinin meri David Ambartsumyan və onun müavini Karen Ohanyan da var.

Xatırladaq ki, “Sasna çrer” qruplaşmasının üzvləri ötən həftə Yerevan meriyasının və Baş Prokurorluğun binalarına basqın ediblər. Onlar baş nazir Nikol Paşinyandan həbsdə olan qruplaşma üzvlərinin azad olunmasını tələb ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə