Ermənistanda nazir müavini istefa verib

Ermənistanda nazir müavini istefa verib

Ermənistan xarici işlər nazirinin müavini Robert Arutunyan istefa verib. "Report"un Ermənistan KİV-inə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan məlumat verib.

Robert Arutunyan Ermənistan Respublikaçılar Partiyasından olan deputat Xosrov Arutunyanın oğludur. O, nazir müavini vəzifəsinə 2016-cı ilin martında təyin edilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə