Hindistanda şiddətli leysanlar 40 ölü

Hindistanda şiddətli leysanlar 40 ölü

Mayın 29-na keçən gecə Hindistanın bir neçə ştatını cənginə alan şiddətli leysanlar 40-dan çox insanın həyatına son qoyub. SİA dünya mətbuatına istinadən xəbər verir ki, “India Today” jurnalının yaydığı məlumata görə, təbii fəlakətdən ən çox ölkənin şərqində yerləşən Bihar ştatı zərər çəkib. Burada azı 17 nəfər həlak olub. Eyni zamanda, güclü leysanlar qonşu Carkhand ştatında 13, Uttar-Pradeş ştatında isə 10 nəfərin ölümü ilə nəticələnib.

Nəşrin məlumatına əsasən, ildırımla müşayiət olunan güclü külək ağacları və elektrik dirəklərini aşırdığı üçün bir neçə rayon elektriksiz qalıb.

Sinoptiklər bildirirlər ki, yaxın vaxtlarda ölkənin şimal və şərq hissəsində hava şəraitinin normallaşması gözlənilmir. Hökumət yerli əhaliyə ciddi zərurət yaranmadığı təqdirdə evdən çıxmamağı tövsiyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə