Belçika prokurorluğu Lej şəhərindəki atışmanı terror maddəsi üzrə təhqiq etməyə başlayıb. TASS informasiya agentliyi xəbər verir ki, bunu şəhər burqomistri Villi Demeyer bildirib.
Xatırladaq ki, mayın 29-da yerli vaxtla saat 10:30-da Lej şəhərinin mərkəzində naməlum şəxs sənəd yoxlanışı zamanı polis əməkdaşlarına atəş açıb. İnsident nəticəsində 3 nəfər həlak olub, 2 nəfər isə yaralanıb. Həlak olanların ikisi polis əməkdaşı biri isə yoldan keçən şəxsdir.
Girov götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edən cinayətkar polis tərəfindən güllələnib.
Hadisədən sonra krallığın Baş naziri Şarl Mişel, ədliyyə naziri Koen Hens, həmçinin daxili işlər naziri Yan Yambon Lej şəhərinə gəliblər. Hazırda onların iştirakı ilə müşavirə keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB