NATO liderləri ilə Rusiya arasında ən yüksək səviyyədəki danışıqlar iki il yarımdan sonra Lissabonda baş tutacaq. NATO köhnə düşməni ilə aralarındakı buzları əritmək istədiyi bir vaxtda, Rusiya raketdən müdafiə sistemi mövzusunda ABŞ-a təzyiq etməkdə davam edir. SİA-nın "Röyters" agentliyinə istinadən verdiyi məlumata görə, Rusiyanın NATO-dakı nümayəndəsi Dimitri Rogozin Rusiyanın keçən həftə ərzində raketdən müdafiə sistemi ilə bağlı bəzi məsələlərdə ABŞ-ı razı sala bilmədiyini söyləyib. Rusiya, eləcə də Qərb ölkələri liderlərinin sistemlə bağlı açıqlamaları tərəflər arasında fikir ayrılığını açıq şəkildə göstərir. NATO Rusiya prezidenti Dimitri Medvedevin qatılacağı zirvədə köhnə rəqibi ilə "soyuq müharibə" dövründəki fikir ayrılığını ortadan qaldırmağı planlaşdırır, eyni zamanda Moskva ilə əməkdaşlığın böyük güzəştlər hesabına mümkün olacağını anlayır.
Rusiya NATO-nun qurmaq istədiyi raketdən müdafiə sistemində blok üzvləri ilə bərabər söz haqqına sahib olmaq istəyir. Rogozin Rusiya mətbuatına verdiyi açıqlamasında keçən həftə silahların yayılmasının qarşısının alınması ilə bağlı danışıqlar aparmaq üçün Brüsseldə bir araya gələn Rusiya və NATO rəsmilərinin "çətin bir görüş" keçirdiklərini bildirib. NATO ölkələri özlərini artan İran təhlükəsinə qarşı qorumaq istəyir. ABŞ prezidenti Barak Obama keçmiş prezident Corc Buşun Polşa və Çexiyada yerləşdirmək istədiyi raketdən müdafiə sistemi planından vaz keçməklə Moskvanı məmnun etmişdi. Lakin bu sistemin yenidən gündəmə gəlməsi Rusiyanı narahat etməyə başlayıb.
Uzun mənzilli raketləri əhatə edən planın əvəzinə qısa mənzilli raketlərdən istifadə ediləcəyi yeni müdafiə sistemi ilə bağlı planlar Moskvadan sərt reaksiya görmədi. Ancaq Rusiyanın NATO-dakı nümayəndəsi hesab edir ki, bu plan bir yoldaşın başına qonan ağcaqanadı çəkiclə əzməyə bənzəyir. Moskva raketdən müdafiə sistemində özünün təhlükə olaraq görülməsi halında aprel ayında ABŞ ilə imzalanan Strateji Silahların Azaldılması Razılaşmasından (START) çəkilə biləcəyi xəbərdarlığını edib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170




USD
EUR
GBP
RUB