Almaniyanın "PM" adlı elm jurnalı sensasiyalı məqalə dərc edib. Jurnal Adolf Hirlerin hakimiyyəti dövründə naməlum uçan obyektlərin (UNO) istehsal edildiyi barədə məlumat verməklə yanaşı, yazıb ki, hətta bu uçan obyektlərin sınağı da keçirilib. SİA-nın məlumatına görə, məqalədə 1944-cü ildə insanların bu maşınların İngiltərədəki Temza çayı üzərində uçduğuna şahidlik etdiyi qeyd olunub.
Jurnala görə, almanlar bu UNO-lar barədə sənədlərin çoxunu məhv etməyə macal tapıblar. Ancaq 1960-cı ildə kanadalı UNO mütəxəssisləri hesabatların bəzilərini ələ keçirərək UNO-nu yenidən istehsal edib. Deyilənə görə, faşist Almaniyası 1941-1943-cü illər arasında 15 UNO istehsal edib. Jurnal Hitlerin onlarla Londonu, lazım gələrsə, Nyu-Yorku vurmağı planlaşdırdığını yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB