Fələstin lideri xəstəxanadan evə buraxılıb

Fələstin lideri xəstəxanadan evə buraxılıb

Fələstin lideri Mahmud Abbas xəstəxanadan evə buraxılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, M.Abbas mayın 28-də xəstəxananı tərk edib.

“Şükür Allaha, bu gün xəstəxanadan evə buraxıldım. Hazırda sağlamam və sabahdan iş başında olmağı planlaşdırıram”, deyə Fələstin lideri bildirib.

83 yaşlı Fələstin lideri mayın 20-də xəstəxanaya yerləşdirilmişdi. Buna səbəb kimi onun qulaq əməliyyatı keçirdikdən sonra vəziyyətinin pisləşməsi göstərilirdi.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə