6 minə yaxın məmur cəzalandırılıb

6 minə yaxın məmur cəzalandırılıb

Çində aprel ayı ərzində 6 minə yaxın məmur cəzalandırılıb. SİA-nın xarici KİV-ə istinadən məlumatına görə, onlar vəzifə səlahiyyətlərini aşmaqda, bürokratik əngəllər yaratmaqda və dövlət büdcəsindən qanunsuz istifadədə ittiham edilir.

Çinin Mərkəzi Komissiyası bununla bağlı 3922 işi nəzərdən keçirib.

Qeyd edək ki, bu ilin ilik 4 ayı ərzində 19 900 məmur cəzalandırılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə