Kolumbiyada prezident seçkilərinin ilk turu keçirilir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, prezident seçkilərində German Varqas Leras, Qustavo Petro, Humberto de la Calle, Ivan Duque, Sergio Fajardo və Jorge Antonio Sarmientonun namizədlikləri irəli sürülüb.
Kolumbiyada 36 milyon 230 min seçicinin səsvermə hüququ var. İlk turda namizədlərdən biri 50 faizdən çox səs toplamayacağı halda, ən çox səs alan iki namizəd növbəti turda mübarizə aparacaq.
Qeyd edək ki, yeni seçiləcək dövlət başçısı ölkəni 2022-ci ilədək idarə edəcək.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB