İranda zəlzələ olub

İranda 4,1 bal gücündə zəlzələ olub. SİA-nın İran KİV-lərinə istinadən verdiyi məlumata əsasən, zəlzələ ölkənin cənub-qərbində, Xuzestan vilayətinin Mianrud şəhərində baş verib. Yeraltı təkanlar yerli vaxtla 06:09-da qeydə alınıb.

Zəlzələ ocağının dərinliyi 25 km olub. Xəsarət alan və dağıntılar barədə məlumat verilmir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə