Paşinyanın oğlu separatçılara qoşulur

Paşinyanın oğlu separatçılara qoşulur

Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan yay çağırışı dövründə orduda xidmət etməyə yollanacaq. SİA-nın verdiyi məlumata görə, “Facebook” səhifəsində canlı yayımda Nikol Paşinyan bildirib ki, mart ayında oğlunun 18 yaşı tamam olub və qanuna müvafiq olaraq, o orduda xidmətə yollanır.

Öz növbəsində Aşot Paşinyan bildirib ki, ərizə yazıb və xidmətini işğal olunmuş Qarabağda keçmək istəyir.

Bununla birlikdə, Nuikol Paşinyan orduda xidmət etməmək üçün Ermənistanı tərk etmiş həmvətənlərini 20 gün ərzində respublikaya qayıtmağa və orduda xidmət keçməyə çağırıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə