Texas ştatındakı məktəbdə atışma olub

ABŞ-ın Texas ştatının Santa-Fe şəhərində yerləşən məktəbdə açılan atəş nəticəsində bir neçə nəfər xəsarət alıb. ABC13 telekanalının yerli təhsil idarəsinin administrasiyasına istinadla yaydığı məlumata görə, hazırda şagirdlərin bir hissəsi təhlükəli zonadan təxliyə olunub. Polis məktəbdə qalan digər uşaqları oradan çıxarmağa çalışır. Hadisənin təfərrüatları və atəş açan şəxsin kimliyi barədə məlumat verilmir.

Yerli KİV-lər atəş açanın məktəbin şagirdi olduğunu və artıq polis tərəfindən həbs edildiyini bildirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə