Fransa hökuməti Suriyada kimyəvi silah hazırlanmasında əlaqəsi olduğu ehtimal edilən 3 fiziki şəxsin və 9 şirkətin aktivlərini dondurub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Fransa xarici işlər naziri Jan İv le Drian və iqtisadiyyat naziri Bruno Le Merin yaydığı birgə məlumatda bildirilib.
“Suriyadakı elmi-tədqiqat mərkəzi üçün bu ölkənin kimyəvi və ballistik potensialının inkişafında istifadə olunan materialların verilməsi, yaxud bunda iştiraka görə 3 nəfər və 9 şirkət sanksiya siyahısına salınıb. Həmin mərkəzin maraqları üçün işləyən 3 şəbəkəyə qarşı da tədbirlər görülüb”, - deyə məlumatda vurğulanıb.
Fransanın xarici işlər naziri Jan İv le Drian daha əvvəl qeyd etmişdi ki, Qərbin hava zərbələrindən sonra Suriya kimyəvi silah hazırlaya bilməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB