Cənubi Afrika Respublikası (CAR) Qəzza zolağında baş verən hadisələrlə əlaqədar İsraildəki səfirini geri çağırıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə CAR-ın Beynəlxalq münasibətlər və əməkdaşlıq nazirliyinin rəsmisi Nvidxuvo Mabaya bildirib.
Onun sözlərinə görə, CAR hökuməti Qəzza zolağında İsrail hərbçiləri tərəfindən fələstinlilərə qarşı edilən təcavüzü qəti şəkildə pisləyir.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə