"Hökumət binalarının, dövlət nazirlərinin yerləşdiyi Qüds suveren bir dövlət olan İsrailin paytaxtı olmaq haqqına sahibdir." Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Qüdsdə ABŞ səfirliyinin açılış mərasimində çıxışı zamanı deyib.
“Ancaq illərdir buna izn vermədilər. Mənim göstərişimlə nəhayət, ABŞ Qüdsü paytaxt olaraq tanıdı. Səfirlik binamızı planlaşdırılandan əvvəl bu müqəddəs torpaqlarda açdıq. ABŞ-ın daimi sülhə hesablanmış qərarlılığı davam etməkdədir. ABŞ bundan sonra da İsrailin dostu olmağa davam edəcək. Səfirimizə uğur arzu edirəm. Həmçinin İsrailə, fələstinlilərə və bütün qonşulara sülh arzu edirik”, - Tramp bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB