Böyük Britaniya İsraildəki səfirliyinin binasını Qüdsə köçürməyəcək. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın baş naziri Tereza Meyin sözçüsü bldirib: “Krallıq ABŞ prezidenti Donald Trampın qəbul etdiyi qərara qoşulmur”.
Qeyd edək ki, mayın 14-də ABŞ-ın Qüdsdəki səfirliyinin açılış mərasimi keçiriləcək. Bu tədbirə etiraz olaraq Fələstinin Qəzza zolağında aksya keçirilib. İsrail sərhədçilərinin açdığı atəş nəticəsində 25 nəfər ölüb, 500-dən çox insan yaralanıb. Onların arasında güllə yarası alan da var.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB