Hindistanda baş verən qum fırtınası və şimşək nəticəsində 60 nəfər ölüb, onlarla insan yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bundan öncə 30 nəfərin öldüyü deyilirdi.
Açıqlanan məlumata görə, qeyri-sabit hava şəraiti Hindistanın Uttar-Pradeş, Andxra Pradeş və paytaxt Dehliyə ziyan vurub.
Ölənlərdən 38-i Uttar Pradeş ştatında qeydə alınıb. Hava şəraiti bu ştatda 100-dən çox evi məhv edib.
Sinoptiklərin verdiyi məlumata görə, qeyri-sabit hava şəraiti bu gün də davam edəcək. Buna görə, hakimiyyət orqanları ölüm sayının artacağını ehtimal edir.
Qeyd edək ki, son iki həftədə artıq üçüncü dəfədir ki, qum fırtınası baş verir. Bu müddət ərzində Hindistanda 150 nəfər ölüb. Ən çox qurban isə mayın 2-də baş verən qum fırtınası zamanı qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB