Kilsədə partlayış Ölənlər var

Kilsədə partlayış Ölənlər var

İndoneziyanın ikinci ən böyük şəhəri olan Surabayada iki kilsədə partlayış olub. SİA -nın məlumatına görə, hadisə nəticəsində ümumilikdə 9 nəfər ölüb, 40-dan çox yaralı var. Partlayışın avtomobil və motosikletdə gələn terrorçu-intiharçılar tərəfindən törədildiyi bildirilir. Ölənlər arasında iki polis əməkdaşı da var. Qeyd edək ki, İndoneziya dünyada müsəlmanların ən çox yaşadığı dövlətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə