Gürcüstanda gecə klublarında keçirilmiş xüsusi əməliyyata etiraz olaraq paytaxt Tbilisidə, parlament binasının qarşısında aksiya keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, “Ağ səs-küy” ictimai hərəkatının təşkil etdiyi aksiya “Biz bir yerdə rəqs edirik, bir yerdə mübarizə aparırıq” şüarı altında baş tutub.
Aksiyaya “Qirçi” Partiyası, gecə klublarında çalışanlar, QHT nümayəndələri qatılıb. Onlar gecə klublarındakı reydlərə görə hökuməti tənqid edərək baş nazirin, daxili işlər nazirinin istefasını və zorakılıqda günahı olanların cəzalandırılmasını tələb ediblər. Kutaisi və Batumi şəhərlərində də həmrəylik aksiyaları keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB