İraqda seçkilərə start verilib

İraqda seçkilərə start verilib

Səhər saatlarından İraqda parlament seçkilərinə start verilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, seçkiləri ölkənin İŞİD terror qruplaşmasından azad olunmasından sonra ilk dəfə keçirilir.

İraqın Ali Müstəqil Seçki Komissiyasının məlumatına görə, 36 milyonluq əhalidən yeni deputatlara 24 milyon seçici səs verə biləcək. Seçkilərdə 29 blok iştirak edir, onlar özlərində 200-ə yaxın siyası partiyanı birləşdiriblər. Parlamentdəki 329 yerə 7 mindən artıq namizəd iddia edir.

Qeyd edək ki, seçkilərdə qalib gələcək koalisiya dövləti 4 il müddətinə idarə edəcək hökuməti formalaşdıracaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə