Bu gün Ermənistanda Alaqyaz kəndinin fermerləri İrəvan-Vanadzor avtomobil yolunu bağlayıblar. Virtualaz.org bildirir ki, yezidilərin yaşadığı kənd əhalisi südün gündəlik satınalma qiymətinin ucuzlaşmasına etiraz ediblər.
Fermerlər bildiriblər ki, şirkət əvvəl südün bir litrini 180 drama alırdı. İndi isə 110 dram təklif edilir. Onlar Araqaçotinski vilayətinin qubernatoru və Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri ilə görüş tələb edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB