Çin Xalq Respublikasının Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında baş tutan telefon danışığı zamanı Şimali Koreyanın nüvə silahsızlaşdırılması məsələsi müzakirə olunub.“Chinadaily.com.cn” nəşri yazır ki, Si Cinpin ölkəsinin Koreya yarımadasının nüvə silahsızlaşdırılması məsələsində müsbət rolunu davam etdirmək niyyətində olduğunu deyib. O, rəsmi Pekinin ABŞ və Şimali Koreya liderlərinin nəzərdə tutulan görüşünü dəstəklədiyini bəyan edib.
ABŞ-ın Koreya yarımadası ilə bağlı məsələdə Çinin mövqeyinə böyük diqqət yetirdiyini bildirən Donald Tramp bu məsələdə Çin ilə ünsiyyətin və əlaqələndirmənin dərinləşdirilməsini arzuladığını deyib.
Tərəflər telefon danışığı zamanı iki ölkə arasında ticarət məsələlərini də müzakirə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB