Mayın 8-də günün ikinci yarısında Yaponiyanın müxalifət partiyaları parlamentin aşağı palatasında aparılan müzakirələrə qatılıblar. NHK telekanalı xəbər verir ki, aprelin 20-dən başlayaraq altı müxalifət partiya hökumətdə tərəfkeşlik, sənədlərin saxtalaşdırılması və digər mənfi halların araşdırılmasını tələb edərək parlamentin iclaslarına qatılmaqdan imtina etmişdilər.
Mayın 8-də səhər saatlarında hakim Liberal Demokratik Partiyanın (LDP) parlament işləri üzrə komitəsinin rəhbəri Hiroşi Moriyama partiyanın rəhbərliyini müxalifət partiyaları ilə əldə edilən razılaşma barədə məlumatlandırıb. H.Moriyama bildirib ki, Baş nazir Şinzo Abenin keçmiş katibi mayın 10-da şahid qismində parlamentə dəvət olunub. Əldə edilə razılaşmaya əsasən, o, and içməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB