Bolqarıstan iqtisadi böhranla mübarizə üsullarını axtarır. SİA-nın məlumatına görə, Bolqarıstanın 7 ölkədəki səfirlikləri fəaliyyətini dayandıracaq.
Bolqarıstan xarici işlər naziri Nikolay Mladenov bildirib ki, Sudan, Angola, Zimbabve, Kamboca, Tayland, Meksika və Tunisdəki səfirliklərin nümayəndələri ölkəyə geri dönəcək: "İqtisadi böhranla əlaqədar səfirliklərin bağlanmasına qərar vermişik. Bağlanan səfirliklərin nümayəndələri Bolqarıstana geri dönəcək. Ölkəyə qayıdacaq 101 nəfərin 21-i diplomat, 80 nəfəri texniki heyətdən ibarət olacaq".
55 işçinin vəzifəsinə erkən son verən nazir 46 işçinin vəzifə müddətinin tamamlanmasını gözləyəcək. Geri çağırılan bütün heyət Bolqarıstan Xarici İşlər Nazirliyində işlərinə davam edəcək.
Qeyd edək ki, fəaliyyəti dayandırılan elçiliklərin məsuliyyəti başqa ölkələrə təhvil veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB