Ərdoğan Məhərrəm İncənin görüş təklifindən danışdı

Ərdoğan Məhərrəm İncənin görüş təklifindən danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP-nin prezidentliyə namizədi Məhərrəm İncənin görüş təklifinə münasibət bildirib. Axar.az xəbər verir ki, Ərdoğan görüşdən imtina etməyib.

"Xüsusilə televiziyadakı mübahisələrə qətiyyən girmək istəmirəm. Bizlərin üzərindən özlərini reklam etmələrini istəmirəm. Partiyamıza qəbul edə bilərik. Görüş tələb etdilər və bu tələbə də yəqin ki, qısa zamanda bir cavab verəcəyik, partiyamızda da qəbul edərik", - Ərdoğan bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə