Livanda parlament seçkiləri keçirilir

Livanda parlament seçkiləri keçirilir

Bu gün Livanda parlament seçkiləri başlanib. SİA RİA Novosti saytına istinadla xəbər verir ki, parlamentdə 128 yer üçün 583 namizəd qeydə alınıb. Yerlər etnokonfessional cəhətlər üzrə 11 qrupa bölünüb. Livan vətəndaşları 2009-cu ildən bəri ilk dəfə olaraq parlament seçkilərində səs verə biləcəklər.

Belə ki, hazırkı parlament ölkədə siyasi sabitlik olmaması bəhanəsilə fəaliyyət müddətini üç dəfə uzatmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə