İranda “Teleqram” mesenceri hökumətin təşəbbüsü ilə bağlanmayıb. Məhkəmə hakimiyyəti öz təşəbbüsü ilə qərar qəbul edərək “Teleqram” mesencerini bağlayıb. Bu fikirləri İran Prezidenti Həsən Ruhani özünün instaqram səhifəsində yazıb.
Prezident bildirib ki, onun rəhbərlik etdiyi hökumət həmişə sosial şəbəkələrin bağlanmasının əleyhinə çıxış edib.
Xatırladaq ki, İran məhkəməsi “Teleqram” mesencerini təhlükə törətməsi qənaətinə gələrək bağlamaq haqqında qərar qəbul edib. Məhkəmənin qərarına əsasən aprelin 30-dan etibarən İranda “Teleqram” mesencerinin fəaliyyəti dayandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB