ABŞ-da zəlzələdən sonra vulkan püskürdü

ABŞ-da zəlzələdən sonra vulkan püskürdü

ABŞ-ın Havay ştatında 6,9 bal gücündə zəlzələ baş verib. CBC telekanalı bildirir ki, bubarədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Yeraltı təkanların episentri Havay Paradiz Park yaşayış məntəqəsindən 25 km cənub-qərbdə, ocağı 5 km dərinlikdə yerləşib.

Məlumata görə, zəlzələdən sonra bölgədə ardıcıl 20-dək yeraltı təkan qeydə alınıb.

Qeyd edək ki, mayın 4-də Havay adalarında Kilaueya vulkanının puskürməsi ilə əlaqədar təcili təxliyə elan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə