Almaniya SSRİ-yə qarşı kimyəvi hücum hazırlayırdı?

Almaniya SSRİ-yə qarşı kimyəvi hücum hazırlayırdı?

Almaniya Federativ Respublikası 1960-cı illərdə SSRİ-nin mümkün hücumuna qarşı ABŞ-dan kimyəvi silah almağı planlaşdırırdı. Axar.az xəbər verir ki, bu barədə Almaniyanın “Zeytunq” nəşri məlumat yayıb.

Bildirilib ki, Almaniyanın o zamanki müdafiə naziri Kay-Uve 1963-ci ildə bununla bağlı ABŞ adminitrasiyasına xüsusi istəyini ifadə etmişdi. Məlumata görə, 1962-ci ildən ən azı 1968-ci ilə qədər müharibədə kimyəvi silahların tətbiqi ilə bağlı Bundesverin (AFR ordusu) xüsusi planı var idi. Lakin 1966-cı ildə Vaşinqton Almaniyaya kimyəvi döyüş sursatları satmamağı qərar verir.

Qeyd edək ki, yayılan məlumatları şərh edən Almaniya Müdafiə Nazirliyi hazırda ölkədə heç bir kimyəvi sursatın olmadığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə