"Baş nazir seçildikdən sonra hansı iqamətgahda qalacağımı müəyyən etməmişəm. Hər şey qanun çərçivəsində olacaq." Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Nikol Paşinyan deyib. Paşinyan saqqalını qırxıb-qırxmayacağını da hələ müəyyənləşdirmədiyini bildirib.
O, Respublika Partiyasının ona dəstək verəcəyini vurğulayıb: “Vaqram Baqdasaryan mənimlə görüşdə təsdiq etdi ki, məni dəstəkləyəcəklər. Məni baş nazir vəzifəsinə irəli sürəcəklər. Bunu fakt hesab etmək olar”.
Qeyd edək ki, Nikol Paşinyan artıq ABŞ-ın Ermənistandakı səfiri Riçard Milzlə görüşüb. O, həmçinin, bu gün Rusiya, Gürcüstan, İran və Avropa Birliyi səfirləri ilə görüşəcəyini də bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB