Seçki komissiyasına edilən hücum nəticəsində ölənlərin sayı 13 nəfər çatıb
Liviyanın Tripolidə yerləşən Ali Seçki Komissiyasının qərargahına edilən hücum nəticəsindən qurbanların sayı 13 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bundan öncə 11 nəfərin öldüyü bildirilirdi.
Verilən məlumata görə, hücum nəticəsində seçici komissiyasının 9 üzvü və dörd mühafizəçi öldürülüb, 21 nəfər isə yaralanıb.
Əl-Ərəbiyyə telekanalı hadisə yerində iki hücumçunun öldürüldüyünü açıqlayıb. Qeyd olunub ki, hücum zamanı terrorçular girov götürə biliblər hansı ki onlar arasında xarici vətəndaşların olması istisna edilmir.
Hadisənin məsuliyyətini "İslam Dövləti" terror təşkilatı öz üzərinə götürüb.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB